ABŞ Dövlət Departamenti iyulun 22-də Konqresə Türkiyənin hələlik ona F-35 qırıcılarının satışına icazə verilməsi üçün tələb olunan şərtlərə cavab vermədiyi barədə məktub göndərib.
Bu barədə sərəncamında sənəd olan “Fox News” telekanalı məlumat yayıb.
Məktubda qeyd olunub ki, ABŞ qanunvericiliyi Türkiyəyə F-35 təyyarələrinin verilməsini Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinə və onlarla əlaqəli avadanlıqlara malik olduğu müddətdə, həmçinin gələcəkdə bu sistemləri almamaq öhdəliyi götürməyənədək və Konqres tərəfindən müəyyən edilmiş “digər sertifikatlaşdırma tələblərini” yerinə yetirməyənədək qadağan edir.
ABŞ Dövlət Departamentinin Kapitoliyə göndərdiyi sənəddə deyilir: “Türkiyə hazırda bu şərtlərə uyğun gəlmir”.