Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan YPG-nin (PKK terror təşkilatının Suriya qolu – red.) ləğv edilməsi ilə bağlı jurnalistlərə açıqlama verib və bildirib ki, bu, Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcək.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Bizim işimiz peşəkar yanaşma sərgiləmək və silahlı birləşmələrin buraxıldığını yoxlamaqdır. İfadə edildiyi kimidirsə, təbii ki, məmnunedici hadisədir”, – o bildirib və əlavə edib ki, Suriyanın da milli birlik, suverenlik və ərazi bütövlüyü pozulmamalıdır.

Türkiyənin XİN başçısının sözlərinə görə, YPG nəinki Suriya, həmçinin Türkiyənin əleyhinə olub:

“Amma yeni prosesdə bütün bu problemləri qarşılıqlı anlaşma, dialoq, sülh yolu ilə həll edəcəyik”, – o deyib.

Report.