Fidan: ABŞ və Türkiyə CAATSA sanksiyalarının aradan qaldırılmasında istəklidir

Fidan: ABŞ və Türkiyə CAATSA sanksiyalarının aradan qaldırılmasında istəklidir

ABŞ və Türkiyə CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi – red.) sanksiyalarının aradan qaldırılmasında istəklidir.

Bunu “CNN Türk” telekanalının canlı yayımında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İki ölkə və iki lider bunun (CAATSA sanksiyalarının – red.) ləğvini istəyir. Bunun həyata keçirilməsi üçün edilməli olan proses var. Hazırda Türkiyə və Amerika tərəfinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi prosesindəyik, bunun qərarı onsuz da verilib”, – nazir bildirib.

Report.