Ötən həftə ərzində 143 yanğına çıxış olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 30 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Report.