Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.
“Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatçılıq üçün heç bir əsas yoxdur”, – məlumatda qeyd olunub.
Report.