FHN Aqşin Fatehin restoranını bağladı – Foto

FHN Aqşin Fatehin restoranını bağladı  – Foto</b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.

Məlumata görə, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən “By Fateh” restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.

Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.

Qafqazinfo.