Cənubi Qafqazda region ölkələri arasında sülhə və münasibətlərin normallaşmasına doğru irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz SSRİ-nin dağılmasından sonra bir sıra münaqişələrlə üzləşib ki, onlardan da insan tələfatı baxımından ən faciəlisi Ermənistan-Azərbaycan münaqişəsi olub.
Report.