Fərid Şəfiyev: Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin əsasında ordu dayanır

Fərid Şəfiyev: Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin əsasında ordu dayanır

Ölkənin qarşısında duran əsas məsələ onun müdafiəsi və təhlükəsizliyidir. Bunun əsasında da Azərbaycan Ordusu dayanır.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Müdafiə Nazirliyi və Mərkəzin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan işlər nəticəsində baş verib. Azərbaycan torpaqlarını işğaldan azad edib, iqtisadiyyatı inkişaf edib.

Mərkəz sədri qeyd edib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə uzun illərdir, töhfə verir: “Azərbaycan İraq, Kosovo və digər ölkələrdə sülhməramlı fəaliyyəti həyata keçirib”.

Report.