Gürcüstanda əmisi qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan DİN-in Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib.