İran Hörmüz boğazının açılmasına icazə verməyəcək və Tehranın guya Qətər vasitəçilərinin akvatoriyanın fəaliyyətinin bərpası ilə bağlı təklifini qəbul etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Mənbənin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə olunmayıb və bununla bağlı yayılan məlumatlar yalandır.
Agentliyin həmsöhbəti vurğulayıb ki, ABŞ “düşmənçilik hərəkətlərini davam etdirdiyi” müddətdə boğaz bağlı qalacaq.
Report.