“Falçılıq” adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

“Falçılıq” adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sosial şəbəkələrdə “falçılıq” və “baxıcılıq” adı altında vətəndaşların aldadılaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.

Report.