Əvvəl Azərbaycanla sülh – Ankaradan İrəvana mesaj

Əvvəl Azərbaycanla sülh  – Ankaradan İrəvana mesaj

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanın davamlı sülh sazişinə doğru irəlilədiyini bildirib.

Xarici işlər naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Fidan Qafqazda əldə olunan razılaşmadan sonra atəşkəsin qorunacağına ümid etdiyini deyib.

“Ermənistan və Azərbaycan davamlı sülh sazişinə doğru irəliləyir və biz bunu dəstəkləyirik. Bu prosesi dəstəkləyərkən təhlükəsizlik və iqtisadi məsələləri də nəzərə alırıq”, – Hakan Fidan qeyd edib.

Qeyd edək ki, Türkiyə tərəfi daha əvvəl Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Həmçinin Ankara Ermənistan-Türkiyə münasibətlərinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən də asılı olduğunu vurğulayıb.

Qafqazinfo.