ETTELAAT-ın Əhvazdakı binası ABŞ-nin hücumuna məruz qalıb

İran Kəşfiyyata Nazirliyinin (ETTELAAT) Əhvaz şəhərindəki bölməsi ABŞ-nin hücumuna məruz qalıb.

Bu barədə Xuzestan əyaləti qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə orqanları xidmətinin rəis müavini Vəliullah Həyati iyulun 30-da məlumat verib.

Onun sözlərinə görə, Xuzestan əyalətinin bəzi rayonları, o cümlədən Əhvaz, Abadan, Şadeqan və Ərvəndkənar şəhərləri raket atəşinə məruz qalıb.

V.Həyati hadisənin miqyasının araşdırıldığını bildirərək əlavə edib ki, təfərrüatlar, mümkün zərərin miqyası, uyğun başqa məlumatlar barədə əlavə informasiya sonradan rəsmi orqanlar tərəfindən təqdim ediləcək.

Məlumata görə, Əhvaza endirilmiş raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Report.