Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib

Ermənistanda keçmiş maliyyə naziri Qaqik Xaçatryanın saxlanılmasına order verilib.

“Xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması faktları üzrə cinayət istintaqı çərçivəsində təxirəsalınmaz istintaq və prosessual tədbirlər həyata keçirilib. Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında axtarışlar və digər tədbirlər aparılıb”, – məlumatda qeyd olunur.

Cinayət istintaqı çərçivəsində Qaqik Xaçatryanın sonradan məhkəməyə təqdim edilməsi məqsədilə saxlanılması barədə qərar qəbul edilib.

Report.