Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandanının müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib.
Bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyanın təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Artsvik Qriqoryan Xüsusi Ordu Korpusu komandanının müavini vəzifəsindən azad edilsin”, – fərmanda bildirilib.