Ermənistanda toyda 21 nəfər qidadan zəhərlənib

Ermənistanda toyda 21 nəfər qidadan zəhərlənib

Ermənistanın Lori vilayətindəki toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Tədbirin başlamasından bir neçə saat sonra qonaqlar zəhərlənmə əlamətlərindən şikayətləniblər.

Ümumilikdə 21 nəfər zərər çəkib, onlardan 15-i Noyemberyan şəhər xəstəxanasına, daha 6 nəfər isə Alaverdi tibb mərkəzinə yerləşdirilib.

Hadisədən sonra laborator müayinə üçün hazır yeməklərdən nümunələr götürülüb. Yoxlama zamanı həmçinin sanitar normaların ciddi şəkildə pozulduğu aşkar edilib.

Report.