Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə yeganə namizəd olaraq Ruben Rubinyanın namizədliyi irəli sürülüb.
Hakim “Vətəndaş müqaviləsi” partiyasının 36 yaşlı namizədi əvvəlki parlament tərkibində Milli Assambleya sədrinin müavinlərindən biri olub, həmçinin yaxın vaxtlara qədər Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndə vəzifəsini icra edib.
Qeyd edək ki, onun namizədliyi bu gün səhər Knyaz Həsənovun sədrliyi ilə başlayan Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclasında təqdim olunub.
İclas zamanı Ermənistan parlamentinin üç fraksiyası öz rəhbərlərini və katiblərini seçib. “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Arusyak Manavazyan, katibi isə Volodya Akopyan seçilib. “Güclü Ermənistan” fraksiyasına Narek Karapetyan rəhbərlik edəcək, Tiqran Abramyan isə katib vəzifəsini tutacaq. “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan, katibi isə Artur Xaçatryan seçilib.