Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
Bu barədə onun vəkili Aram Orbelyan bildirib.
“Qərar bir çox başqa vəsatətlərin rədd edildiyi eyni əsaslarla çıxarılıb. Görünür ki, şikayətimiz diqqətlə araşdırılmadan ümumi formal ifadələr gətirilir”, – o deyib.
A.Orbelyan qeyd edib ki, Köçəryan öz konstitusion vəzifələrini yerinə yetirməkdə ittiham olunur, işin digər epizodu üzrə sabiq prezidentə aid edilən əməlin müddəti təxminən 20 il əvvəl, oğlu Sedraka isə təxminən 15 il əvvəl başa çatıb.
Report.