“Müqəddəs mübarizə” hərəkatının tərəfdarı və parlamentin “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan daha iki ay ev dustaqlığında qalacaq.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Hazırkı qətimkan tədbirinin müddəti sentyabrın 8-də başa çatır.
Prokurorluğun mövqeyinə görə, prosessual hərəkətlərə mane olmaq, eləcə də prosessual öhdəlikləri yerinə yetirməmək riski qalmaqdadır. Bununla əlaqədar ittiham tərəfi uzadılma müddəti məsələsini məhkəmənin ixtiyarına buraxaraq qətimkan tədbirinin qüvvədə saxlanılmasının tərəfdarı kimi çıxış edib.
Report.