Ermənistanda məhbus məhkəmə binasından qaçıb

Ermənistanda məhbus məhkəmə binasından qaçıb

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, o, cəzasını “Armavir” cəzaçəkmə müəssisəsində çəkirdi.

Bildirilib ki, həmin şəxs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məişət zorakılığı işi üzrə məhkəməyə gətirilib. Hakim həbs barədə qərarı oxuduqdan sonra o, qaçmağa müvəffəq olub.

Hazırda Armavirdə polis gücləndirilmiş rejimdə işləyir.

Daxili işlər nazirinin mətbuat katibi Narek Sarqsyan məhbusun qaçması barədə məlumatı təsdiqləyib.

Report.