Ermənistanın “Yaşamaq üçün ölkə” və “Vətən” adlı iki müxalif partiyasının nümayəndələri oktyabrın 25-də yerli seçkilərin keçiriləcəyi Artik şəhərində saxlanılıblar.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Onlar “Yaşamaq üçün ölkə” partiyasından mer postuna namizəd Artur Astoyanın da olduğu Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıblar. Siyasətçinin şahid qismində dəvət olunması istisna edilmir.
Digər təfərrüatlar açıqlanmır.
Report.