Ermənistanda fermerlər şaftalı və digər kənd təsərrüfatı məhsullarının aşağı alış qiymətlərinə etiraz olaraq Xancyan kəndi yaxınlığında yolu bağlayıblar.
Aksiya iştirakçıları bildiriblər ki, hazırkı qiymətlər istehsal xərclərini qarşılamağa imkan vermir. Bundan əlavə, tədarükdə yaranan gecikmələr səbəbindən yığılan məhsul xarab olur.
Aksiya keçirilən əraziyə Armavir şəhərinin meri Varşam Sarkisyan da gəlib. O, bəzi iştirakçıların yaranmış problemdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, fermerlər vəziyyəti müzakirə etmək üçün görüşə dəvət olunublar, lakin onlar bundan imtina edərək yolu bağlamağa qərar veriblər.
Fermerlər isə merin bu versiyası ilə razılaşmayıblar. Belə ki, vilayət administrasiyasında görüş keçirilib, lakin problemin konkret həlli ilə bağlı razılıq əldə etmək mümkün olmayıb.