Ermənistan XİN: Rusiyanın TRIPP layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur

Ermənistan XİN: Rusiyanın TRIPP layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur

Rusiyanın “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur.

Bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan TRIPP layihəsinin yalnız rəsmi Moskvanın iştirakı halında fayda verəcəyi barədə Rusiya tərəfinin bəyanatını şərh edərkən bildirib.

“TRIPP Ermənistan-ABŞ formatında həyata keçirilir, razılaşma imzalanıb və layihə icra mərhələsindədir. Hazırda Rusiya tərəfinin TRIPP-ə hər hansı bir formatda cəlb edilməsi məsələsi müzakirə olunmur, gündəlikdə belə bir məsələ yoxdur”, – M.Safaryan bildirib.

Report.