Ermənistan hökuməti xarici ticarət funksiyasını əlavə etməklə Xarici İşlər Nazirliyinin səlahiyyətlərini genişləndirmək niyyətindədir.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan hökumətinin bugünkü iclasının gündəliyinə Xarici İşlər Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyi və Əmək və Sosial Məsələlər Nazirliyinin adlarının dəyişdirilməsi ilə bağlı layihələr daxil edilib.
Report.