Ermənistan və İran enerji məsələləri üzrə işçi qrupu yaradacaq

Ermənistan və İran enerji məsələləri üzrə işçi qrupu yaradacaq

İran və Ermənistan energetika sahəsində ixtisaslaşmış işçi qrupu yaratmağı planlaşdırır.

Bu barədə “Mehr” məlumat yayıb.

Məlumata görə, bu işçi qrupunun fəaliyyət istiqamətlərindən biri qaz ticarəti məsələsinin həlli olacaq.

Bu razılaşma İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyanın Tehranda keçirilən görüşünün yekunları üzrə əldə olunub.

Report.