“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

Ermənistan hökuməti iyulun ortalarında “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin ictimai müəssisə kimi tanınması məsələsinə baxacaq.

Bu barədə jurnalistlərə şirkətin müvəqqəti idarəedicisi Romanos Petrosyan bildirib.

Onun sözlərinə görə, gələcəkdə şirkət konsessiya idarəetməsinə verilə bilər. Bununla yanaşı, konsessioner həmçinin infrastrukturun inkişafına investisiyalar yatırmağa borclu olacaq.

Daha əvvəl hökumətdə qeyd edilib ki, şirkətin statusu ilə bağlı qərar iyulda qəbul ediləcək.

Report.