Ərdoğanla Tramp regional və qlobal prosesləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb və söhbət zamanı regional, qlobal proseslər müzakirə edilib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər Türkiyə-ABŞ ikitərəfli əlaqələri, regional və qlobal prosesləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin inkişafı və hər sahədə əməkdaşlığa təkan veriləcəyini bildirib.

Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki proseslərin yaxından izləndiyi, problemin diplomatiya zəminində həll edilməsi üçün səy göstərildiyi ifadə edilib.

Türkiyənin Ukrayna-Rusiya arasında diplomatik prosesin canlandırılması və müharibənin bu yolla sona çatdırılması üçün görülən işlərə dəstək verməyə hazır olduğu vurğulanıb.