Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü həbs edilib

Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü həbs edilib

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı Marmarisdə həyata keçirilən sui-qəsd təşəbbüsündə iştirak edən və 10 ildir qırmızı bülletenlə axtarışda olan “Fətullahçı” Terror Təşkilatının (FETÖ) üzvü Burkay Karatepe həbs edilib.

Afyonkarahisarda tutulan Karatepe rəsmi prosedurlardan sonra Muğla Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsi əməkdaşları tərəfindən şəhərə aparılıb.

Report.