Ərdoğan Yaponiya Baş naziri ilə ABŞ-İran müharibəsini müzakirə edib

Ərdoğan Yaponiya Baş naziri ilə ABŞ-İran müharibəsini müzakirə edib

Türkiyə Prezidenit Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan Türkiyə olaraq İran ilə ABŞ arasında baş verən qarşıdurmanın həllinin yeganə yolunun danışıqlar olduğunu vurğulayıb. Prezident davamlı sülh və sabitliyin təmin olunması üçün diplomatik səylərin dəstəkləndiyini qeyd edib.

Report.