Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Söhbət zamanı Türkiyə-Türkmənistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Türkmənistan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün zəruri addımların atılacağını bildirib.
Report.