Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüş zamanı Türkiyə-Liviya ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyənin Liviyada sabitliyin davamlılığının təmin olunması üçün səylər göstərdiyini bildirib. O, dialoqa əsaslanan prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq.
Ərdoğan həmçinin iki ölkə arasında enerji, müdafiə və mədənçilik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.