“Trampdan (ABŞ Prezidenit Donald Tramp – Qeyd) F-35 qırıcı təyyarələri ilə bağlı söz almışıq və onun bu vədini yerinə yetirməsini gözləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan “Al Jazeera”yə müsahibəsində deyib.
Son günlər bütün dünyanın diqqət mərkəzində olan Məkkə Anlaşmasına da toxunan Türkiyə Prezidenti bildirib:
“Məkkə Anlaşması dünyaya mühüm mesaj göndərdi. Anlaşma onu imzalayan ölkələrin üzvlərindən birinin xarici hücuma məruz qalacağı təqdirdə birgə addımlar atmasını nəzərdə tutur. Sənəd gələcəkdə digər ölkələrin də bu razılaşmaya qoşulmasına imkan verir və Misirin iştirakı mühüm əhəmiyyət daşıyır”.
Report.