Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib

Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regiondakı çətin və gərgin prosesdə Küveytin yanında olduğunu bəyan edib.

Ərdoğan bunu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Küveytin vəliəhd şahzadəsi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə keçirdiyi görüşdə bildirib.

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə regiondakı çətin və gərgin prosesdə “Küveyt kimi qardaş ölkələrin” yanındadır.

Report.