Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefonla danışıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə–Özbəkistan ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

Türkiyə Prezidenti ilk fürsətdə Özbəkistana səfər etməyi planlaşdırdığını bildirərək, həmin səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli əlaqələrdə mövcud dinamikanın qorunub saxlanmasına töhfə verəcəyinə ümid etdiyini qeyd edib.

Ərdoğan may ayında Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə “Ailə Məclisi”nin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunduğunu xatırladıb.

O, 29-30 oktyabr tarixlərində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu qərarların daha da irəli aparılmasının hədəfləndiyini bildirib.

Report.