Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ilə münasibətlərə dair fikir və gözləntilərini açıqlayıb.
O bunu Avstriyanın Baş naziri Kristian Ştokerlə mətbuata birgə bəyanatlar zamanı deyib.
“Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması dialoqu başda olmaqla, Aİ-nin atacağı addımların hamımızın maraqlarına uyğun olduğunu vurğuladım”, – Ərdoğan bildirib.
O, regional və qlobal məsələlərə də toxunub.
Ərdoğan Suriyanın ərazi bütövlüyünün və birliyinin təmin edilməsinin Türkiyənin prioritet hədəflərindən biri olaraq qaldığını vurğulayıb.
“Avstriyanın Suriyanın yenidən qurulması prosesinə töhfə verməsini vacib hesab edirik”, – Türkiyə Prezidenti əlavə edib.
Report.