Ərdoğan ilə Putin Ukrayna və Qara dənizdəki vəziyyəti müzakirə edəcək

Ərdoğan ilə Putin Ukrayna və Qara dənizdəki vəziyyəti müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, liderlərin Qırğızıstanda keçiriləcək görüşü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində baş tutacaq.

Görüş zamanı bir sıra məsələlər, o cümlədən Qara dənizdəki vəziyyət və ümumilikdə Ukrayna məsələsi müzakirə olunacaq.

Report.