Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan çıxışında bildirib ki, BMT-yə üzv ölkələrin böyük əksəriyyəti tərəfindən rəsmi şəkildə tanınan Fələstin dövlətinin Prezidenti Mahmud Abbas artıq iki ildir ardıcıl olaraq Baş Assambleyanın iclasında iştirak edə bilmir.
“Fələstinli qardaşlarımıza qarşı bu ədalətsizlik vicdanları yaralayır”, – Türkiyə Prezidenti qeyd edib.
O vurğulayıb ki, M. Abbas şəxsən iclasda iştirak edə bilməsə də, Türkiyə ötən il olduğu kimi, Fələstin dövlətinin səsi olacaq və Fələstin xalqının mübarizəsini bu kürsüdən dünyaya çatdırmağa davam edəcək.
Report.