Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə BƏƏ arasında müdafiə sənayesi və iqtisadiyyat başda olmaqla, bir çox sahədə əməkdaşlığın artaraq davam edəcəyini bildirib. O, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Türkiyə Prezidenti İran-ABŞ gərginliyinin və regiondakı digər münaqişəli proseslərin sona çatdırılması üçün rəsmi Ankaranın səy göstərdiyini qeyd edib.