Əraqçi: Son müharibə göstərdi ki, ABŞ hərbi bazalarını belə qoruya bilmir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, son müharibə ABŞ-nin hətta öz hərbi bazalarını belə müdafiə edə bilmir.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, son müharibələr ABŞ hərbi bazalarının yerləşmədiyi ölkələrin daha az zərər gördüyünü, xaricdəki hərbi bazaların isə müqavimət qüvvələrinin hücumları qarşısında hətta öz maraqlarını belə qoruya bilmədiyini göstərib.

Əraqçi qeyd edib ki, Qətər və Pakistan İranla ABŞ arasında effektiv vasitəçilik rolunu oynayıb. O, hazırda Tehranla Doha arasındakı münasibətlərin kifayət qədər müsbət mərhələdə olduğunu vurğulayıb.

Xarici işlər naziri bölgədə yeni təhlükəsizlik yanaşmasının “kollektiv təhlükəsizlik” və iqtisadi münaqişələrin həllinə əsaslanmalı olduğunu bildirib.

Report.