Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir

Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin münaqişəyə müvəqqəti deyil, tam və qəti şəkildə son qoyulmasını istədiyini bildirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

A.Əraqçinin sözlərinə görə, son müharibə zamanı Tehran atəşkəs deyil, döyüşlərin birdəfəlik dayandırılmasını istəyib.

O, müvəqqəti atəşkəsin yalnız münaqişənin yenidən alovlanmasına gətirib çıxaran dövrü təkrarlayacağına inandıqlarını vurğulayıb.

Nazir bildirib ki, müharibənin ilk günlərində “15 maddəlik təslim sənədi” ilə çıxış edən Vaşinqton müxtəlif təzyiq vasitələrindən nəticə əldə edə bilmədikdən sonra “14 maddəlik anlaşma memorandumu”nun müzakirəsinə getməyə məcbur olub.

Report.