İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə telefonla danışıb və tərəflər ABŞ ilə İsrailin Tehrana qarşı apardığı siyasəti müzakirə ediblər.
Əraqçi bu barədə “Telegram” kanalında məlumat yayıb.
“Nazir söhbət zamanı ABŞ və İsrailin İrana qarşı təcavüzündən sonra baş verən regional hadisələr barədə İƏT-in baş katibini məlumatlandırıb və İslam ölkələrinin İranın suverenliyi, ərazi bütövlüyünün pozulmasına məsuliyyətli reaksiya verməsinin, eləcə də güc tətbiq edilməsi və təcavüzə qarşı mübarizənin zəruriliyini vurğulayıb”, – məlumatda qeyd olunub.
Report.