Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər

Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda səfərdə olan HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Nəimlə görüşüb və tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

Bu barədə A. Əraqçi “Telegram” kanalında məlumat yayıb.

HƏMAS-ın siyasi bürosunun üzvü Fələstindəki son hadisələr və İsrailin Qəzza zolağında, İordan çayının Qərb sahilində atdığı addımlar barədə Əraqçini məlumatlandırıb:

“İsrailin Baş naziri (Benyamin Netanyahu-red.) müharibəni davam etdirib Qəzza zolağına humanitar yardımların qarşısının almaq niyyətindədir. Məqsəd fələstinliləri məcburi köçkünə çevirməkdir”.

Report.