Ən zərərli meyvə və giləmeyvələrin adları – Açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları  – Açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib.

Mütəxəssis onların sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb.

 “Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bir bananda bir xörək qaşığı şokalat yağı qədər şəkər var”, – deyə Suares xəbərdarlıq edib.

O, qanda insulinin kəskin artmasına səbəb olduğu üçün köp, artıq çəki və xroniki yorğunluqdan əziyyət çəkənləri banandan uzaq durmağa çağırıb.

Mütəxəssis, həmçinin manqo qəbulunda da ehtiyatlı olmağı tövsiyə edib.

Onun sözlərinə görə, bu meyvəni yalnız tropik zonada yaşayan və müntəzəm idmanla məşğul olan şəxslər yeməlidir. Az hərəkətli həyat tərzi sürənlərdə manqo orqanizmdə iltihabi prosesləri artıra bilər.

Suares rasionda üzümün də məhdudlaşdırılmasını məsləhət görüb:

“Üzümün glikemik yükü o qədər yüksəkdir ki, orqanizm onu qazlı içki kimi emal edir. O, aclığı yatırtmır, sadəcə asılılıq yaradır”.

Qafqazinfo.