Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib.
Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi Elnur Qocayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində deyib.
E.Qocayevin sözlərinə görə, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri zamanla gücləndirilib:
“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində islahatların aparılması nəticəsində Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Eyni zamanda, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri qurulub və zamanla gücləndirilib”.