Elnur Bağırov: “Transsərhəd risklərlə mübarizədə MDB ölkələrinin əməkdaşlığı vacibdir”

Elnur Bağırov: “Transsərhəd risklərlə mübarizədə MDB ölkələrinin əməkdaşlığı vacibdir”

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi MDB ölkələrinə müvafiq Dövlətlərarası Şura çərçivəsində diqqəti rəqəmsal bazarların təhlilinin təkmilləşdirilməsinə və təbii inhisarların tənzimlənməsinə cəmləməyi təklif edir.

Bu barədə Dövlət Agentliyinin sədri Elnur Bağırov MDB-nin Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.