Əliəkbər Heydərov: “DGK kontrafakt məhsulların aşkarlanmasında süni intellektdən istifadə edir”

Əliəkbər Heydərov: “DGK kontrafakt məhsulların aşkarlanmasında süni intellektdən istifadə edir”

Dövlət Gömrük Komitəsində (DGK) saxta məhsulların müəyyən edilməsi və əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində süni intellekt texnologiyaları və risk idarəetmə mexanizmlərindən yararlanılır.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin Ticarət siyasəti idarəsinin rəisi Əliəkbər Heydərov “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans çərçivəsində məlumat verib.

Onun sözlərinə görə, sistemdə malların mənşə ölkəsi, dəyəri və sair risk parametrləri analiz edilir:

“Məsələn, orijinal məhsulun konkret ölkədən gətirilməsi, qeyri-orijinal məhsulun isə fərqli ölkədən idxal olunması ilə əlaqədar məlumatlar, həmçinin qiymət və dəyər parametrləri risk idarəetmə sistemində dəyərləndirilir. Bu verilənlər süni intellekt vasitələri ilə təhlil olunur. Kontrafakt malların aşkar edilməsində gömrük işçilərinin peşəkarlıq səviyyəsi də əhəmiyyətli rol daşıyır”.

Ə. Heydərov qeyd edir ki, bəzi şirkətlər gömrük əməkdaşları üçün xüsusi təlim proqramları həyata keçirir və bu təlimlərdə orijinal məhsullarla saxta malların bir-birindən fərqləndirilməsi yolları öyrədilir:

Report.