İranın keçmiş ali dini rəhbəri Əli Xamenei ilə vida mərasimində Türkiyəni ölkənin vitse-prezidenti Cevdet Yılmaz təmsil edəcək.
Məlumata görə, C. Yılmaz səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Qeyd edək ki, iyulun 4-ü və 5-də Tehranda İmam Xomeyni məscidində Xamenei ilə vida mərasimi keçiriləcək. Cənazə iyulun 7-də Quma gətiriləcək. Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.
Report.