Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb

Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb

Cəlilabad rayonunda irigövdəli ağac avtomobilin üzərinə aşıb.

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan “Ford Transit” markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Report.