8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm səhifələrindən biri, milli iradəmizin, yenilməz ruhumuzun və sarsılmaz birliyimizin təntənəsidir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətə təbrikində deyilir.
“Bu tarixi gün xalqımızın ədalətə inamının, Vətən sevgisinin və müqəddəs torpaqlarımız uğrunda mübarizə əzminin əbədi rəmzinə çevrilib”, – DSX rəisi bildirib.
Təbrikdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və müdrik sərkərdəliyi sayəsində 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqın möhtəşəm Qələbəsi ilə başa çatıb:
“Bu şanlı Qələbənin qazanılmasında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də öz döyüş məharəti, yüksək peşəkarlığı, mərdliyi və fədakarlığı ilə fərqlənmiş, Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirib.