Ekspert: “Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır”

Ekspert: “Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır”

Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov Bakıda keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, insanlar çox vaxt təhlükəsizliyə çəkilən xərci əlavə xərc kimi qəbul edir, halbuki, bu sonradan iqtisadi dəyər yaradır: “Təhlükəsizlik təmin olunan zaman qəzalar, sığorta və səhiyyə xərcləri, biznesin itkiləri azalır. Yəni bu, həm də bir iqtisadi dəyər məsələsidir və investisiya mühiti formalaşdırır. Burada məsələ hansısa bazar iştirakçısının mənafeyinin müdafiəsi deyil, sözün həqiqi mənasında ölkə iqtisadiyyatına və istehlakçılara, biz vətəndaşlara fayda ola biləcək ədalətli bir mühitin formalaşmasıdır. Birmənalı şəkildə, əgər biz hansısa bir tərəfi dəstəkləmiş olsaq, bu, qısa müddətdə hər hansı ciddi fəsad verməz. Amma orta və uzunmüddətli dönəmdə dövlətdən ən adi istehlakçıya qədər ciddi şəkildə mənfi fəsadlar verə bilər”.

Report.